COP30-a qəribə etiraz: Qreta Tunberq kanalı batırdı | VİDEO

   COP30-a qəribə etiraz:    Qreta Tunberq kanalı batırdı    | VİDEO
  24 Noyabr 2025    Oxunub:875
İqtisadi fəal Qreta Tunberq “Extinction Rebellion” hərəkatının 37 üzvü ilə birlikdə Venesiyanın mərkəzi kanalına kimyəvi maddə tökərək, yaşıl rəngə boyayıblar. Onlar bu yolla dünya ölkələrinin “COP30” iqlim toplantısında qazıntı yanacağından tədricən imtina etməklə bağlı vahid qərara gələ bilməmələrinə etirazlarını bildiriblər.
“Extinction Rebellion” hərəkatının bəyanatında deyilir ki, kanala tökülən flüoressen adlı maddə tamamilə ziyansızdır. Natrium duzlarından ibarət olan bu maddədən spaleoloqlar və dayverlər daimi istifadə edirlər.

Amma bölgənin yerli hakimiyyət orqanları iqlim fəallarının bu hərəkətini pisləyərək bildirib ki, barbarlıq yolu ilə ətraf mühiti qorumaq olmaz.



“Venezia Today”in məlumatına görə, Tunberq və 37 digər fəalın hər biri €150 məbləğində cərimə olunublar.

Samir Quliyev
AzVision.az


Teqlər: COP30   Tunberq  



Xəbər lenti